Xəbər lenti

Dünya rekorduna bir addım qaldı: Ukraynalı snayper bu məsafədən işğalçı əsgəri məhv etdi (VİDEO)
Dünya11:31 13.11.2022

Dünya rekorduna bir addım qaldı: Ukraynalı snayper bu məsafədən işğalçı əsgəri məhv etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynalı snayper ən uzun döyüş snayper atəşinə görə dünya rekorduna yaxınlaşıb. O, 2710 metr məsafədən işğalçı əsgəri məhv edib.
Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir. 
Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Departamentinin məlumatına görə, Ukrayna komandosu dəqiq nişanlı atəşlə fərqlənib. İndi snayper effektiv döyüş atış məsafəsinə görə reytinqdə ikinci yeri tutur. Onun nəticəsini Ukrayna Silahlı Qüvvələrinin komandanlığı təsdiqləyib.
Dünyada birinci yeri Kanada snayperi İraqda tapşırığı yerinə yetirərkən 3540 metr məsafə ilə tutur. İkinci yer 2475 metr məsafə ilə britaniyalı Kreyq Harrisona məxsus olub. O, ukraynalıya uduzub.
Alpər