
Qeyd edək ki, fevralın 28-dən etibarən Avropa İttifaqı Rusiya təyyarələrinə öz ərazisi üzərində eniş, havaya qalxma və ya uçuşa qadağa qoyub.
Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir:
"İttifaq ərazisinə enmək, havaya qalxmaq və ya uçmaq qadağandır".
Bu tələb Rusiya Federasiyasında qeydiyyatdan keçmiş Rusiya aviadaşıyıcıları tərəfindən idarə olunan bütün hava gəmilərinə və ya Rusiyada qeydiyyata alınmamış, lakin Rusiyanın fiziki və ya hüquqi şəxs və ya təşkilatı tərəfindən idarə olunan istənilən hava gəmilərinə şamil edilir.