Bu gün “Ergenekon” işi ilə əlaqədar məhkəmə tərəfindən 12 il 6 ay həbs cəzasına məhkum edilən Türkiyəni dünya şöhrətli alimi, məşhur həkim, professor, CHP millət vəkili Mehmet Haberal azadlığa buraxılıb.
APA-nın xəbərinə görə, M. Haberal 2009-cu il aprelin 19-dan həbsdə idi.
İşçi Partiyasının lideri Doğu Perinçəkin oğlu, uydurma “erməni soyqırımı” iddialarına qarşı mübarizə aparan tanınmış tarixçi Mehmet Perinçək və daha 14 nəfər də azad edilib.
Qaynar.info