
Naməlum şəxslər Rusiyanın Mahaçqala şəhərindəki restoranlardan birində dünya şöhrətli, qarışıq döyüş növləri üzrə peşəkar idmançı, muay-tay çempionu Şahbulat Şamxalayevi güllələyib.
Qaynarinfo.az teleqraf.com-a istinadən bildirir ki, hadisədən sonra idmançı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlər onun bədənindən 6 güllə çıxarıblar.
Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Hadisə anı restoranın təhlükəsizlik kamerasına əks olunub. Həmin görüntüləri təqdim edirik:
Qaynarinfo.az