
Cənubi Afrikada təşkil edilən yarışda dünya şöhrətli üzgüçü Maykl Felps nəhəng ağ balinayla yarışıb.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, 100 m məsafəni Felps 38,1, köpəkbalığı isə 36,1 saniyədə qət edib və üzgüçü köpəkbalığına məğlub olub.
"Discovery Channel"in hazırladığı sənədli film üçün təşkil edilən yarışda Maykl Felps kompyuter simulyasiyası olan ağ köpəkbalığı ilə yarışıb.
Yarış bir çox insanın diqqətinə səbəb olub və müzakirə mövzusuna çevrilib, lakin çoxları köpəkbalığının kompyuter simulyasiyası olmasına təəssüflənib.
Qeyd edək ki, Maykl Felps əfsanəvi üzgüçü hesab olunur. Belə ki, o 28 dəfə Olimpiya mükafatçı olub.
Gülşən
Qaynarinfo.Az