Xəbər lenti

Dünya və Avropa çempionu Azərbaycanın yer aldığı qrupdan danışdı
İdman15:53 20.05.2016

Dünya və Avropa çempionu Azərbaycanın yer aldığı qrupdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın futzal millisinin sabiq müdafiəçisi Kike dünya çempionatındakı qrupları dəyərləndirib.

Qaynarinfo.az xəbər verir ki, İspaniya futzal çempionatının fəxri səfiri olan 38 yaşlı Kike Azərbaycanın yer aldığı F qrupu haqda bunları deyib:

"İspaniyanın qrupu asan deyil. Çünki biz bir daha İranla üz-üzə gələcəyik. İndi bizim qrupda Afrika çempionları (Mərakeşi nəzərdə tutur - red.) da var. Görək, ilk matçlar bizim üçün nə ilə nəticələnəcək... Rusiya, Kolumbiya, Portuqaliya, İtaliya və İspaniya həmişə yaxşı vəziyyətdə olan komandalardır".

Qeyd edək ki, tam adı Enrike Boned Jilyo olan Kike 2009-cu ildə futzal üzrə ilin oyunçusu seçilib. O, İspaniya millisi ilə 2 dəfə dünya, 5 dəfə Avropa və 4 dəfə İspaniya çempionu olub.

Qaynarinfo.az