"I Love NY" - "Mən Nyu Yorku sevirəm" loqosunun yaradıcısı Milton Qleyser 91 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə həyat yoldaşı Şirli Qleyser məlumat verib. O, məşhur qrafik dizaynerin ölümündən öncə iflic və böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib.
Qleyser bir çox qrafikanın müəllifi olsa da, onu dünyada məşhurlaşdıran isə 1977-ci ildə hazırladığı "Mən Nyu Yorku sevirəm" loqosu olub. Loqo qısa müddətdə dünyanın hər yerində təqlidlərə ilham verən mədəniyyət simvoluna çevrilib. Həmçinin Bakıda, Heydər Əliyev Mərkəzi parkında qoyulan "Mən Bakını sevirəm" loqosu da onun əl işinin oxşarıdır.
Camal