
Britaniyanın məşhur "The Sun" qəzeti adını dəyişərək "The Son" (oğul) qoyub.
Milli.Az xəbər verir ki, qəzet bunu şahzadə Uilyam ilə həyat yoldaşı Keyt Middltonun oğul övladlarının dünyaya gəlməsi şərəfinə edib.
Qəzetin nə qədər müddətə bu adla çıxacağı hələ ki, məlum deyil.
Qəzetin rəsmi İnternet səhifəsində "The Royal Baby" (kral övladı) adlı rubrika da açılıb. Həmin rubrikada dünyaya gələn uşaq, onun valideynləri haqda məlumatlar və kral ailəsinin fotoalbomu yer alıb.
Qaynar.info