Rusiya və Çin hərbi əməkdaşlığı artırmağı planlaşdırır. Moskva bu anlaşma çərçivəsində Çinə 24 ədəd Su-35 reaktivi satacaq.
2015-ci ildə imzalanmış razılaşmaya əsasən, Rusiya qırıcıları yaxın vaxtlarda Pekinə təhvil verəcək.
Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Aleksandr Fomin verdiyi açıqlamada ixracatın hələlik başlamadığını deyib. Onun sözlərinə görə, gələn il qırıcılar Çinə təhvil veriləcək.
Anlaşmanın dəyərinin 2 milyard dollar olduğu təxmin edilir.(Axar.az)
Qaynarinfo.Az