Xəbər lenti

Dünyada ilk dəfə: it təyyarə sürəcək - FOTO
Dünya13:00 27.02.2016

Dünyada ilk dəfə: it təyyarə sürəcək - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Britaniyanın İTV telekanalı maraqlı eksperiment aparır. "Dogs Might Fly" proqramı çərçivəsində dünyada ilk dəfə olaraq itə təyyarə sürmək öyrədilir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, laçer kolli cinsindən olan Alfi adlı köpək indi "pilot kursu" keçir. 

Eksperimentin məqsədi itin intellektinin təyyarə idarə etməyə yetərli olduğunu göstərmək üçündür.

Verilişdə "pilot" olacaq Alfi yüzlərlə köpək arasından seçilib.

23 aylıq Alfinin digər köpəklərlə müqayisədə həddən ziyadə ağıllı olduğu deyilir.

Eksperimentin rəhbəri Mark Korvetin dediyinə görə, Alfinin dünyanın ilk dördayaqlı pilotu olacağını düşünür. Amma "ehtiyat variant" da var. Belə ki, Sasseks qraflığındakı malikanədə yaradılmış "hazırlıq kurs"unda 12 köpək pilot təlimi keçirlər.

Alfinin təlimində problemlər yaranarsa, bu köpəklərdən biri onu əvəzləyəcək.

Qaynar.info