Rusiya bir il əvvəl təkcə fiziki deyil, paralel olaraq kibercəbhədə də işğala cəhd etdi. Ukrayna informasiya sistemlərində rusiyalı hakerləri müəyyən etməyə nail olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna rəqəmsal transformasiya naziri Mixail Fyodorov RBC-Ukraynaya müsahibəsində
danışıb.
"Dünyada ilk kibermüharibə gedir. Hücumlar hər gün baş verir, onlarla qeydə alınmış hücumlar var. İndi kibermərkəz müəyyən informasiya sistemlərinə hücumları mütləq aşkarlayır - bu, 100% təşkil edir", - nazir bildirib.
Fyodorovun sözlərinə görə, Ukrayna bu hücumlara operativ reaksiya verməyə və düşmənin informasiya sistemlərinə daxil olmasının qarşısını almağa imkan verən müəyyən müdafiə sistemi qura bilib.
"Bu, böyük sistematik işdir və inanın ki, mən, məsələn, dünən çoxlu ekspertlərimizin iştirak etdiyi böyük bir görüş keçirdim və biz indi kibermüdafiə infrastrukturunun qurulması istiqamətində növbəti mühüm addımı atırıq. Müəyyən investisiyalar olacaq və bir neçə kibermərkəz tikiləcək. Bu, daimi inkişaf prosesidir”, - Fyodorov bildirib.
Nazirin sözlərinə görə, bu müddət ərzində Ukraynada heç bir həssas məlumat sızması baş verməyib. "Əminliklə deyə bilərəm ki, biz bu istiqamətdə qorunuruq və uğurla əks-hücuma keçirik. Hesab edirəm ki, indi Rusiya ilə müharibədə kiber cəbhədə üstünlük bizim tərəfimizdədir. Amma bu çox vacibdir - bu o demək deyil ki, sabah heç bir problem ola bilməz”, - o bildirib.
Daha əvvəl rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib ki, Rusiya tammiqyaslı işğalın başlanğıcından bəri Ukraynaya qarşı 2000-dən çox kiberhücum həyata keçirib.
Nizami Bağırov