Xəbər lenti

Dünyada ilk ölkə Covid-19-la bağlı bütün məhdudiyyətləri ləğv edir
Dünya11:46 08.06.2020

Dünyada ilk ölkə Covid-19-la bağlı bütün məhdudiyyətləri ləğv edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Zelandiya koronavirus pandemiyası ilə əlaqəli bütün məhdudiyyətləri aradan qaldıracaq.
Qaynarinfo xəbər verir ki, bu haqda "Sidney Morning Herald” Baş nazir Casinda Ardernə istinadla məlumat yayıb.
Sosial məsafədən istifadə qaydaları, kütləvi tədbirlərə qadağa qoyulması və ölkənin istənilən yerinə səfərlərə yasaqlar ləğv ediləcək, bütün müəssisələr işə başlayacaq. Məhdudiyyətlər çərşənbə axşamı gecəsi götürüləcək. Bir istisna olacaq - ölkənin sərhədləri hələ də bağlı qalacaq.
Ardern hökumətin diqqətini iqtisadi inkişafa yönəldəcəyini vurğulayıb. Ölkədə pandemiyaya qalib gəlib, baxmayaraq ki, yeni yoluxma halları istisna edilmir.
Alpər