Xəbər lenti

Dünyada koronavirusla bağlı son vəziyyət açıqlandı
Dünya18:31 26.07.2020

Dünyada koronavirusla bağlı son vəziyyət açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son sutkada dünyada koronavirusa 200 mindən çox yoluxma qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, son 24 saatda dünyanın ayrı-ayrı ölkələrində COVID-19-a 200 625 yoluxma aşkarlanıb. Bununla yanaşı, daha 4 823 nəfər təhlükəli infeksiyadan ölüb.
ÜST bildirib ki, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 15,7 milyonu ötüb. Eyni zamanda infeksiyadan 640 mindən çox ölüm qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 214 ölkə və bölgədə qeydə alınıb.