Dünyada koronavirusun daha bir yayılması yalnız 2021-ci ilin yayına qədər mümkündür.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Task & Purpose” ABŞ Müdafiə Nazirliyininin daxili sənədlərinə istinadla yayıb.
Mətndə göstərilir ki, bütün ölkələrdə Covid-19-nun yeni epidermiyasının baş verəcəyi vaxta qədər xeyli zaman var, halbuki xəstəliyə qarşı effektiv peyvənd yalnız gələn ilin yayına qədər hazır ola bilər. Pentaqonun sənədində qeyd olunur ki, "diqqətimizi kritik tapşırıqların davam etdirilməsinə, fəaliyyət dairəsini genişləndirməyə və lazımi təlimlərə yönəltməliyik".
Agentliyin nümayəndəsi bildirib ki, bu qeyd hələ rəsmi yayımlanmayıb, çünki sənəddə bəzi dəyişikliklər edilə bilər.
Bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp peyvənd üzərində işin "çox yaxşı getdiyini" və ABŞ-ın dərmanı ilin sonunda və ya daha əvvəl əldə etmək fikrində olduğunu deyib.
Son məlumatlara görə, dünyada 4.9 milyondan çox insan koronavirusa yoluxub, 324 mindən çox insan ölüb.
Alpər