Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (OPCW) baş direktoru Fernando Arias təsdiqləyib ki, Kimyəvi Silahlar Konvensiyasına üzv olan bütün dövlətlər tərəfindən elan edilən ehtiyatlardakı sonuncu kimyəvi silah məhv edilib.
Qaynarinfo xəbər verir ki o, cümə günü ABŞ prezidenti Co Baydenin ABŞ-ın kimyəvi silah anbarının məhvini başa çatdırması ilə bağlı bəyanatından sonra şərh edib.
"Mən bütün iştirakçı dövlətləri və Amerika Birləşmiş Ştatlarını beynəlxalq ictimaiyyət üçün bu böyük nailiyyət münasibətilə təbrik edirəm. Bütün elan edilmiş kimyəvi silah ehtiyatlarının məhvinə son qoyulması təşkilat üçün mühüm mərhələdir. Bütün kimyəvi silahları həmişəlik məhv etmək missiyasına nail olmaq mühüm addımdır", deyə o, açıqlamasında bildirib.
Aydın