"Hubble" teleskopu dünyadan 9 milyard işıq ili uzaqlıqdakı ulduzu görüntüləyib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, NASA görüntünü "supernova" partlayışını araşdıran zaman ortaya çıxan optik təsir nəticəsində qeydə ala bilib.
"İkarus" adı verilən ulduz bu günə qədər müşahidə edilmiş dünyadan ən uzaq məsafədə yerləşən göy cismidir və əvvəlkilərdən azı 100 dəfə daha uzaqda yerləşir.
Gülşən