
Avstraliyada yayımlanan və qısa müddət ərzində bütün dünyada müzakirəyə çevrilən "Özünü azad hiss et" adlı reklam çarxı artıq qalmaqala səbəb olub.
Qaynar.info xəbər verir ki, hər yaşdan olan insana öyrənməyin önəmini izah edən "Həyatın boyu öyrən" təşkilatı üçün çəkilən reklam çarxında olduqca qanlı səhnələr yer alır.
Film məktəbdən qaçan şagirdlərin əyləncəli görüntüləri ilə başlayır, ancaq gənclər dənizə girdikdən sonra parça-parça olurlar. Filmdə bu qorxunc ölümünün səbəbləri belə izah olunur: "Tənbəllik etsən, belə olarsan".
Filmə 2 gün ərzində 3.5 milyon dəfə baxılıb.
Qaynar.info