
Ötən həftə Ağ Evdə ABŞ prezidenti Barak Obama və ailəsinin qonağı olan pakistanlı qız Malala Yusifzay bu gün İngilis kraliçası Yelizavetanın qonağı olacaq.
Qaynar.info xəbər verir ki, kraliça Malala Yusifzayı Londondakı Bukingem sarayında qəbul edəcək.
Ən gənc Nobel Sülh Mükafatı namizədi olan Malala Obama ilə görüşü zamanı ABŞ-ın pilotsuz təyyarələrinin hücumlarının terrorçuluğa zəmin yaratdığını və yüzlərlə günahsız insanın ölümünə səbəb olduğu üçün Pakistan xalqının qəzəbinə səbəb olduğunu söyləmişdi.
Qeyd edək ki, Kanada tərəfindən vətəndaşlıq təklif təklif edilən və "I am Malala" adlı kitabı nəşr olunan Malala Yusifzay Pakistanda qızların təhsil alması uğrunda mübarizə apardığı üçün Taliban tərəfindən başından vurularaq ağır yaralanmışdı.
Malala sonrakı müalicəsini İngiltərənin Birmingem şəhərində Şahzadə Yelizaveta xəstəxanasında almışdı.
Qaynar.info