
Hücum edən cisimin şəkli və havada hərəkətsiz kimi dayanması hər kəsi çaşdırıb
Əfqanıstanda mart ayında çəkildiyi iddia edilən bir video sosial mediada ciddi müzakirələrə səbəb olub.
ANS PRESS-in məlumatına görə, videoda bir “Taliban” düşərgəsinin havadan bombalandığı çəkilib. Hücum edən cisimin şəkli və havada hərəkətsiz kimi dayanması hər kəsi çaşdırıb.
İndi maraq doğuran tək sual bombardmanı həyata keçirən cisimin nə olduğudur. İngiltərənin “Mirror” qəzetinin xəbərinə görə, video paylaşma saytlarına dünən yüklənib. Mart ayında NATO konvoyundakı amerikan əsgərləri tərəfindən Əfqanıstanın şərqindəki Asadabad şəhəri yaxınlığında çəkilib. Qısa müddətdə minlərlə adam tərəfindən izlənən videoda üçbucaq şəkilli bir uçan aparatın “Taliban” düşərgəsi olduğu iddia edilən bir yeri bombaladığı görünür.
Xəbərə görə, video ilə bağlı hələ rəsmi bir açıqlama yoxdur. Ancaq minlərlə istifadəçi videodakı uçan aparatın xüsusi effekt ola biləcəyini, düşərgənin isə uzaqdan bombalanmış ola biləcəyini yazıb.
Qaynar.info