
Soyuq müharibə dövründə nüvə müharibəsinin qarşısını alan Stanislav Petrov 77 yaşında dünyasını dəyişib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 1983-cü ildə çalışdığı Sovet nüvə xəbərdarlıq mərkəzində kompüterlərin ABŞ-a raket atdığını görən Petrov bu addımın kompüterlərin səhvi olduğuna qərar verir və bu barədə növbətçi zabitə xəbər verir. Stanislav Petrov müsahibələrində bildirir ki, "Raket hücumuna dair informasiyaya sahib idim. Komandirlərimə məlumat versəydim, heç kim heç nə deyə bilməzdi. Etməli olduğum tək şey telefonu götürüb onlara xəbər verməkdi. Amma hərəkət edə bilmədim. Qərardan 23 dəqiqə sonra isə düzgün addım atdığıma əmin oldum." Petrov yanlış qərar versəydi, bir neçə dəqiqə sonra raket atılacaqdı.
Daha sonra aparılan araşdırmada Sovet peyklərinin buludlardan düşən günəş işığını qitələrarası raket motorları ilə səhv saldığı məlum oldu.
Qeyd edək ki, Stanislav Petrov may ayında dünyasını dəyişib, lakin bu barədə ictimaiyyətə yeni açıqlama edilib.
Gülşən
Qaynarinfo.Az