
Qaynar.info dünyanın 5 ən təhlükəli həbsxanalarını təqdim edir.
"Carandiru" həbsxanası - Braziliya;
Bu həbsxanada 102 məhbusun dəhşətli şəkildə öldürüldüyü dünya tarixinin ən qanlı üsyanı baş verib. Məhbuslar ya rəqib qruplaşmalar tərəfindən öldürülür, ya da həbsxanada yayılan xəstəliklərdən. Burada hər 5 dustaqdan biri ilk 6 ay ərzində SPİD-dən ölür. Burada tualetlərdən istifadəyə icazə verilmədiyi üçün məhbuslar təbii ehtiyaclarını plastik qutular vasitəsilə ödəyirlər. Bir müddət əvvəl burada saxlanılma şəraitindən narazı olan 10 məhbus ağızlarını tikmişdilər.
"La Sabaneta" həbsxanası - Venesuela;
25 min məhbusun 15 min nəfərlik bir yerdə saxlanıldığı həbsxanada rüşvət hərisi olan gözətçilər pullu dustaqlar üçün daha rahat kameralar təşkil edirlər. Bu həbsxanada hər 150 məhbusa 1 gözətçi düşür.
Burada məhbusların əlində avtomaqdan tutmuş hər cür atıcı silah var. 2005-ci ildə burada qruplaşmalar arasında baş verən qarşıdurma zamanı 196 məhbus öldürülmüşdü.
"La Sante" həbsxanası - Fransa;
Avropadakı azsaylı qapalı rejimli həbsxanalardan olan bu həbsxanada məhbuslar sadəcə gün ərzində 4 saat gün işığına çıxa bilirlər. Gözətçilər də qaydalar kimi zalımdır.
Həbsxanada ağciyər xəstəliyi rütubətli kameralar səbəbindən xroniki hal almağa başlayıb. Məhbusların çoxu susuzluqdan ölür.
Dünya həbsxanalarında ildə orta hesabla 24 məhkum intihar edirsə, "La Sante" də bu rəqəm 124-dür. Məhbusların ən çox istifadə etdiyi intihar yolu isə tapdıqları yuyucu toz və siçan zəhəri içib ölmələridir.
Riker adası - Nyu York;
Bu həbsxanada 1 ildə ən azı mindən çox bıçaqlanma hadisəsi baş verir. Həbsxananın içində "Kalaşnikov" avtomatından tutmuş bütün atıcı silahlar var. Burada hər məhbusun 1-dən çox silahı var.
Baş verən qarşıdurmaları yatırtmaq üçün xüsusi təlim keçmiş SWAT kommandosları bura çağırılır. Hər həftə kameralarda silah axtarışı aparılı və tapılan silahlar müsadirə oklunur. Buna baxmayaraq məhbusların yenidən necə silah əldə etdikləri hələ də müəmmalıdır.
"San Quentin" Ştat həbsxanası - Kaliforniya;
Burada məhbuslar xüsusi təlim keçmiş 2000-ə yaxın şəxsi heyət tərəfindən nəzarət altında saxlanılır.
2006-cı ildə burada baş verən silahlı qarşıdurmada 22 polis və 56 məhbus ölmüşdü.
Bu hadisədən 4 ay sonra irqçilik səbəbindən baş verən qarşıdurma zamanı isə 500 məhbus yaralanmışdı.
Qaynar.info







