Cənubi Afrikada yerləşən Lesotonun Lestenq almas mədənindən dünyanın ən böyük beşinci almazı çıxarılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, mədənin sahibi olan "Gem Diamonds" firması çıxarılan almazın 910 karat və 40 milyon dollar dəyərində olduğunu açıqlayıb.
Şirkətin rəhbəri Klifford Elfik mətbuata açıqlamasında sözügedən almazın ən şəffaf almaz kateqoriyasına daxil olan "D rəngli" sinfindən olduğunu bildirib və böyüklüyünə görə çox nadir bir parça olduğunu söyləyib.
"Mədənimizdən çıxardığımız bu almaz dünyada bu günə qədər çıxarılan beşinci ən böyük almazdır. 2006-cı ildə 603 karatlıq, 2015-ci ildə isə 357 karatlıq bir almaz da çıxarmışdıq", - deyə o, bildirib.