Vladimir Putin, Papa Francisk, Angela Merkelin adları ilk üçlükdə yer alıb
Rusiya prezidenti Vladimir Putin dünyanın bir nömrəli siyasətçisi seçilib. Ans press-in “İtar-Tass” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, 175 xəbər agentliyinin və mətbuat işçilərinin seçimi ilə hazırlanan “2013 Dünya Birinciləri” siyasında Putinin adı birinci yerdə qeyd olunub.
133 səs qazanan Putin dünyanın bir nömrəli siyasətçisi ünvanına sahib olub. Putindən sonra siyahıda ardıcıl olaraq Papa Francisk və Almanya baş naziri Angela Merkelin adları yer alıb. 53 siyasətçinin yer aldığı siyahıda ABŞ prezidenti Barak Obama, Çin baş naziri və bir müddət bundan əvvəl vəfat edən Cənubi Afrika lideri Nelson Mandelanın da adı siyahının ön pillərindədir.
Qeyd edək ki, seçimlər vaxtı bir nömrəli alim statusuna ingilis fiziki Peter Higgs, bir nömrəli yazar" adına isə kanadalı Alisia Munro layiq görülüb.