
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, oktyabrın 7-də Honkonqda satışa çıxarılacaq 118 karatlıq almaz oval formaladır, yumurtaya bənzəyir.
Ekspertlər onu indiyədək satılmış ən böyük ağ almaz sayırlar.
Nadir almazın 28-35 milyon dollar kimi rekord məbləğə satılacağı gözlənilir.
Bu minvalla da may ayında Cenevrədəki Christie hərracında 27 milyon dollara alınmış 101 karatlıq almazın rekordu yenilənəcək.
Oktyabrın 7-də satışa çıxarılacaq almaz 2011-ci ildə Cənubi Afrika Respublikasında çıxarılmış 299 karatlıq kobud almaz daşından cilalanıb.
Sothebys Asia hərrac evinin 40 illik yubileyi ilə əlaqədar olaraq Honkonqda 7,59 karatlıq mavi brilliant da satışa çıxarılacaq. Həmin brilliantın ən azı 19 milyon dollara satılacağı gözlənilir.
Qaynar.info