Xəbər lenti

Dünyanın ən bahalı cipsisi - FOTOLAR
Dünya19:12 03.11.2016

Dünyanın ən bahalı cipsisi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada ən çox istehlak edilən məhsullardan biri olan kartof cipslərinin sağlamlıqla bağlı problemlər yaratdığı deyilsə də, cipsilər imtina edə bilədiyimiz bir yemək olaraq fərqli versiyalarla qarşımıza çıxmağa davam edir. 

Kartof cipsisinin 1853-ci ildə New Yorklu Corc Crum adındakı aqressiv bir aşbaz tərəfindən kəşf edildiyi iddia edilir. 

Müştərisi kartofları bəyənmədiyi üçün əsəbiləşən Crum, kartofu olduqca nazik dilimlərə bölüb və yağda bişirərək müştəriyə verib. 

Üzərindəki qalın duz təbəqəsi ilə qəribə bir şəkildə ləzzətli dilimlər halında təqdim edilən həmin cipsiyə "Saratoga Cipsi" adı verilmişdi. 

Dünyanın ən bahalı cipsisi isə İsveçli bir pivə zavodu tərəfindən istehsal olunan "St Eriks" cipsilərdir.  

Bu cipsi yalnız İsveçin Ammarnas kəndində yetişdirilən kartofdan hazırlanır. 

Bu cipsi qutusunda sadəcə 5 ədəd ləziz cipsi var. "St Eriks" cipsilərindən pivə içərkən də istifadə edilir.  Bu cipsinin bir qutusunun qiyməti 56 dollardır (106 manat).(bizimyol.info)

Qaynarinfo.Az