Xəbər lenti

Dünyanın ən bahalı qəsəbəsi: buradakı evlərin divarları almasdandır (FOTOLAR)
Dünya08:00 20.07.2020

Dünyanın ən bahalı qəsəbəsi: buradakı evlərin divarları almasdandır (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyada görülməyə dəyər bir çox yer var. Təbii gözəllikləri ilə yanaşı, tikililəri ilə də göz oxşayırlar. Həmçinin bunlardan bəziləri haqda çox az məlumata sahibik. Bu yerlərdən biri də Almaniyanın Nördlingen qəsəbəsidir.
Qaynarinfo xəbər verir ki, qəsəbə meteoritin düşdüyü yerdə salınıb. Almaniyanın Bavyera əyalətində yerləşən Nördlingenin 1100 yaşı olmağına baxmayaraq, meteoritin düşdüyü yerdə salınması bilinmirdi. Qəsəbə sakinləri buranın sönmüş vulkan krateri üzərində qurulduğunu zənn edirdilər. 
1960-cı ildə amerikalı geoloqlar buranı ziyatrət ediblər. Onların apardıqları araşdırmalar zamanı məlum olub ki, qəsəbədəki evlər sadəcə meteorit düşən yerlərdə rast gəlinən "Suevite" adlandırılan qayalardan inşa edilib. Bu daşlar kiçik almaslarla zəngindir. Ümumilikdə Nördlingendəki binalarda 72 minj ton almas olduğu ehtimal edilir.
Suevite daşı meteorit düşən bir çox yerlərdə var, amma heç bir yerdə almas çoxluğu bu qəsəbədəki qədər deyil.
Araşdırmalara görə, bölgəyə meteorit 15 milyon il öncə düşüb. 1 kilometr böyüklüyündə olan göy cisminin saniyədə 25 kilometr sürətlə irəlilədiyi düşünülür. Bu səbəbdən də meteorit yerə çox sürətlə çırpılıb, kraterin yaranması ilə yanaşı istilik və təzyiq nəticəsində qayalıqlardakı karbon hissəcikləri də almasa çevrilib.
Qsəəbənin tarixi ilə bağlı ilk məlumatlar 9-cu əsrə aiddir. Nördlingen qəsəbəsi hazırda Almaniyada tamamilə sağlam şəhər divarlarına sahib 3 qəsəbədən biridir. Bölgədə 24 min insan yaşayır. Həmçinin burada eramızın 85-ci ilinə aid Roma qalasının qalıqları tapılıb.
Almas tərkibli daşlardan inşa edilən qəsəbənin günəş altındakı görüntüsü isə valehedicidir. Demək olar ki, bütün evlər parıldayır.
Münbit torpağa sahib Nördlingendə çox sayda suevite daşı çıxarılan mədən də var.
Camal