Xəbər lenti

Dünyanın ən bahalı şəhərləri - YENİ SİYAHI
Dünya17:41 24.07.2013

Dünyanın ən bahalı şəhərləri - YENİ SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən bahalı şəhərlərinin yeni siyahısı hazırlanıb. 

APA-nın verdiyi məlumata görə, “Mercer Human Resource” beynəlxalq konsaltinq şirkətinin tərtib etdiyi siyahıda ilk yeri Anqolanın paytaxtı Luanda tutur. Rusiyanın paytaxtı Moskva isə dünyanın ən bahalı şəhərləri siyahısında ikinci yerdədir. Siyahı tərtib edilərkən əsasən şəhərlərdəki daşınmaz əmlakın qiymətləri nəzərə alınıb. Belə ki, 20 milyona yaxın əhalinin yaşadığı Moskvada iki otaqlı əşyasız mənzilin kirayə haqqı orta qiymətlə 4600 ABŞ dolları həcmindədir. Keçən il siyahıda ilk yeri tutan Yaponiyanın paytaxtı Tokio isə bu il üçüncü yerdə qərarlaşıb. 

Siyahdakı digər bahalı şəhərlər arasında Sinqapur, Honkonq, Cenevrə, Sürix, Bern və Sidney yer alıblar.

Qaynar.info