
Mərkəzi ofisi Londonda yerləşən məşhur mobil telefon istehsalçısı "Vertu" istehsal etdiyi 15 min dollarlıq telefonları ilə hər kəsi heyrətə salmağı bacarır.
Qaynar.info xəbər verir ki, qiymət baxımından yalnız varlı şəxslər üçün nəzərdə tutulan bu telefon istifadəçiləri üçün heç bir möcüzə yaratmır. Yəni, "Vertu"nun istehsal etdiyi telefonlar nə böyük kamera çəkilişi, nə də güclü proqramı ilə diqqət çəkir.
"Vertu"nun xüsusi olaraq hazırladığı telefonlar yalnız dizaynı ilə diqqət çəkir. 15 min dollara yaxın bir qiymətə sahib olan bu telefonların bəziləri qızıl, bəziləri də yaqut qaşlarla bəzədilir.
Bu telefonların istehsalı da çox qəribədir. Hər bir telefon yalnız bir işçi tərəfindən istehsal olunur.
Qaynar.info



















