Xəbər lenti

Dünyanın ən böyük akvariumu partladı: 1500 balıq öldü (VİDEO)
Dünya11:17 16.12.2022

Dünyanın ən böyük akvariumu partladı: 1500 balıq öldü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Berlində yerləşən dünyanın ən böyük akvariumu cümə günü səhər partlayıb.
Qaynarinfo xəbər verir ki, hündürlüyü 25 m olan bu silindrik akvariumda 1,5 min müxtəlif, o cümlədən nadir tropik balıq növləri var idi. Akvarium Alexanderplatz yaxınlığında yerləşən Berlin otellərindən birinin mərkəzi zalında yerləşirdi.
Hadisə nəticəsində bütün balıqlar ölüb. iki nəfər yüngül bədən xəsarəti alıb, xilasedicilər hadisə yerində işlərini davam etdirirlər.
Hadisənin səbəbi hələ müəyyən edilməyib. Bir versiyaya görə, akvariumda hava istiliyinin azalması səbəbindən çatla əmələ gəlib, sonra isə partlayıb.
Otelin yaxınlığında hərəkət məhdudlaşdırılıb, strukturların təhlili davam edir.
Əhməd