Xəbər lenti

Dünyanın ən böyük dəniz külək stansiyasi işə başladı
Dünya14:22 31.08.2022

Dünyanın ən böyük dəniz külək stansiyasi işə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın şərq sahillərində dünyanın ən böyük dəniz külək stansiyası fəaliyyətə başlayıb.
Qaynarinfo bu barədə BBC-ə istinadən xəbər verir.
"Hornsea Two" adlandırılan plan bir milyondan çox yaşayış evinin elektrik enerjisinə ehtiyacını ödəyə bilər.
Bu planda Şimal dənizində, lakin Britaniya sahillərindən uzaqda, hər birinin hündürlüyü 200 metr olan onlarla nəhəng turbin quraşdırılıb. Turbin pərlərinin uzunluğu 80 metrə çatır.
Hornsinin planı mərhələli şəkildə həyata keçirilib və onun növbəti addımları da mərhələli şəkildə tamamlanaraq istifadəyə veriləcək.
Qlobal enerji bazarı enerji daşıyıcılarının qiymətində əhəmiyyətli artımla üzləşdiyi bir vaxtda bu plan əməliyyat mərhələsinə çatır.
Ukraynadakı müharibə başda olmaqla neft-qaz qiymətləri kəskin artır, bu artım müxtəlif ölkələrdə, o cümlədən Böyük Britaniyada istehlakçılar üçün elektrik enerjisi və yanacağın bahalaşmasında özünü göstərir.
Mütəxəssislərin fikrincə, qalıq yanacaqların qiymətindəki kəskin artımdan fərqli olaraq, külək enerjisi istehsalının ilkin sərmayə tələbi azdır.
M.Arif