Xəbər lenti

Dünyanın ən böyük hava limanının xüsusiyyətləri
Dünya08:00 29.10.2018

Dünyanın ən böyük hava limanının xüsusiyyətləri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün dünyanın ən böyük hava limanı olan İstanbul 3-cü hava limanının açılışı olacaq.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılış mərasimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir çox dövlət başçılarının iştirakı ilə baş tutacaq.
Dünyanın ən böyük hava limanı aşağıdakı xüsusiyyətlərə sahibdir:
Ümumi sahəsi 1,3 milyon kv. metr olan hava limanının 76,5 milyon kv. metr hissəsində inşaat işləri görülüb.
Bütün işlər yekunlaşdıqdan sonra İstanbul Hava Limanı 6 uçuş xətti, 500 təyyarəlik meydançası, 70 min avtomobil üçün nəzərdə tutulan açıq və qapalı avtoparkı olan və illik 200 milyon sərnişini yola salma potensialına sahib dünyanın ən böyük hava limanı olacaq.
Atatürk Hava Limanından köçürülmə prosesi başa çatdıqdan sonra aeroporta gün ərzində 2 min təyyarə enib-qalxacaq. 350-dən çox yerə uçuş gerçəkləşdiriləcək və 250 hava yolu şirkətinə xidmət veriləcək.
Açılışdan sonra ilk uçuş 31 oktyabr tarixdə saat 11:30-da Boeing 777 tipli təyyarə ilə Ankaraya olacaq. Hava limanından ilk xarici uçuş isə Bakıya gerçəkləşdiriləcək.
İstanbul 3-cü Hava Limanı böyüklüyü ilə yanaşı bir sıra xüsusiyyətləri ilə də dünyada ilkə imza atır.
Belə ki, təxminən 5 il ərzində tamamlanan hava limanının 76,5 milyon kv. metr ərazidə inşa olunan tikilisi ən sıx hava limanındakından 2 dəfə böyük olması ilə diqqət çəkir. Hava limanının 1,3 milyon kv. metr sahədə tikilən əsas terminal binası da dünyanın ən böyük terminal binası olacaq.
Burada uçuşlardan əlavə digər nəqliyyatlar üçün də yer ayrılıb. Belə ki, şəhərin müxtəlif yerlərindən bura gəlmək mümkün olacaq 150 avtobus xidmət edəcək və gələcəkdə də aeroportun yerləşdiyi əraziyə dəmir yolu xətti çəkiləcək. Gün ərzində 75 min sərnişin daşıma potensialına sahib olacaq bu avtobuslarda gediş haqqı 12-30 lirə arasında dəyişəcək. Həmçinin avtobuslar ilk 2 ay 50 faiz endirimlə çalışacaqlar.