
Rusiya dünyanı işğal edə bilmək ehtimalı olan yadplanetlilərə qarşı döyüşmək qabiliyyətlərinin olmadığını etiraf edib.
Qaynar.info-nun RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiya ordusunun Kosmik Müdafiə Qoşunlaşrının komandan müavini general Sergey Berejnoy bununla bağlı açıqlama verib.
Berejnoy, "Hələlik, işğalçı yadplanetlilərə qarşı döyüşmək əzmində deyilik. Təəssüf ki, dünyadan uzaq varlıqlar vasitəsilə gələn təhdidlərə qarşı hazırlıqlı deyilik" deyib.
Qaynar.info