ABŞ-dakı Yelloustoun Milli Parkında yerləşən dünyanın ən böyük qeyzeri olan "Steamboat" aktivləşib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, qeyzerdə axırıncı dəfə aktivlik 2014-cü ilin sentyabr ayında müşahidə edilmişdi. Son 6 həftədə isə 3 püskürmə qeydə alınıb.
Püskürmə qeyzerdə adətən müşahidə edilən aktivlikdən kiçikdir.
"Steamboat" qeyzeri 15 mart və 19 apreldə püskürən zaman suyu 91 metr yüksəkliyə qaldırıb. Axırıncı dəfə bir il ərzində 3 aktivlik 2003-cü ildə qeydə alınmışdı.
Gülşən