Xəbər lenti

Dünyanın ən cəsur siçanı - FOTO
Dünya13:17 13.04.2016

Dünyanın ən cəsur siçanı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pişik Tom və siçan Cerrinin macəraları barədə animasiya filmlərinə baxmayan, yəqin ki, tapılmaz. Həmin filmlərdəki siçanın prototipi tapılıb.

Bu siçan İngiltərənin Esseks qraflığındakı İlford şəhərinin sakini, 72 yaşlı Devid Oranjın evindədir.

Dünən cənab Oranjın pişiyi Odri mətbəxdə siçanı görmüşdü.

Siçan dərhal qaçıb, dolabın arxasında gizlənib. Amma az sonra o, başını çıxararaq pişiyə tərəf boylanıb.

"Siçanın baxışlarında biclik, üzündə isə sanki gülüş vardı", - cənab Devidin xanımı, 67 yaşlı Syu deyib.

Koker spaniel cinsindən olan 9 yaşlı Sem adlı köpək də pişiklə siçanın bu baxışmalarını az qala təəccüblə seyr edib.

Qaynar.info