Xəbər lenti

Dünyanın ən dəhşətli tıxaclara malik şəhərlərinin reytinqi - Bakı siyahıda varmı?
Dünya07:19 23.09.2023

Dünyanın ən dəhşətli tıxaclara malik şəhərlərinin reytinqi - Bakı siyahıda varmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın paytaxtı dünyanın ən işlək şəhəri kimi tanınır. 
Qaynarinfo xəbər verir ki, bu barədə MK Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının statistikasına istinadən yazıb.
2022-ci ilin pik saatlarında mərkəzləri ən sıx olan dünya şəhərlərinin reytinqinə əsasən, London ən pis nəticə göstərib. Orada avtomobillə 10 km-lik səyahət 36 dəqiqə 20 saniyə çəkir. Reytinqdə ikinci yeri 29 dəqiqə 10 saniyə göstərici ilə Hindistan Banqaloru tutub. Üçüncü yeri İrlandiyanın paytaxtı Dublin tutub.
İlk 10-luğa Sapporo (Yaponiya), Milan (İtaliya), Pune (Hindistan), Buxarest (Rumıniya), Lima (Peru) və Manila (Filippin) daxildir.
Qeyd edək ki, adı siyahıda olmasa da, Bakıda tıxaclar zamanı 7-8 kilometrlik yol 2-2,5 saata qət edilir. 
Alpər