Xəbər lenti

Dünyanın ən dürüst xalqı seçildi - SİYAHI
Dünya11:24 27.09.2013

Dünyanın ən dürüst xalqı seçildi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın məşhur mədəniyyət jurnallarından olan "Readers" ən dürüst millətlərin siyahısını hazırlayıb.

Qaynar.info xəbər verir ki, jurnal bunun üçün dünyanın müxtəlif ölkələrində araşdırma aparıb.

Araşdırma üçün 16 ölkənin paytaxtında insanların ən sıx olduğu yerlərə 12 ədəd içində 50 avro pul, ailə fotoları və məlumat sənədləri olan pulqabı atılıb. Pulqabıları tapan insanların nə addım atacaqları da izlənilib.

Jurnal daha sonra qaytarılan pulqabıların sayı haqda nəticələr təqdim edib.

1. Helsinki, Finlandiya: 12 pulqabıdan 11-i
2. Mumbay, Hindistan: 12 pulqabıdan 9-u
3. Budapeşt, Macarıstan: 12 pulqabıdan 8-i
4. Nyu York, ABŞ: 12 pulqabıdan 8-i
5. Moskva, Rusiya: 12 pulqabıdan 7-si
6. Amsterdam, Hollandiya: 12 pulqabıdan 7-si
7. Berlin, Almaniya: 12 pulqabıdan 6-sı
8. Lyublyana, Sloveniya: 12 pulqabıdan 6-sı
9. London, İngiltərə: 12 pulqabıdan 5-i
10. Varşava, Polşa: 12 pulqabıdan 5-i
11. Buxarest, Rumıniya: 12 pulqabıdan 4-ü
12. Rio de Janeyra, Braziliya: 12 pulqabıdan 4-ü
13. Sürix, İsveçrə: 12 pulqabıdan 4-ü
14. Praqa, Çexiya: 12 pulqabıdan 3-ü
15. Madrid, İspaniya 12 pulqabıdan 2-si
16. Lissabon, Portuqaliya 12 pulqabıdan 1-i

Qaynar.info