Xəbər lenti

Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir?
Ölkə07:33 29.07.2024

Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2024-cü il üçün dünyanın ən güclü ordularının reytinqi açıqlanıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə ölkələrin hərbi gücləri haqda məlumatları təhlil edən ABŞ şirkəti "Global Firepower” məlumat yayıb. 
Azərbaycan Orusu siyahının 59-cu pilləsində yer alıb. Ermənistan ordusu isə 102-ci sırada qərarlaşıb. 
İlk "onluq"da ardıcıl olaraq ABŞ, Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya yer alıb.
Rusiya ilə müharibə aparan Ukrayna 18-ci yerdə qərarlaşıb. Qonşularımızdan İran 14-cü, Gürcüstan 84-cü pilləni tutur. 
Fransa ordusu ilk "onluq"dan kənarda qalıb və 11-ci yerlə kifayətlənib.
100 ordunun yer aldığı siyahının son 3 pilləsini Qırğızıstan, Latviya və Kot-d'İvuar tutur.
Aydın