Xəbər lenti

"Dünyanın ən lüks həbsxanası" yenidən otelə çevirilir (FOTOLAR)
Dünya05:14 16.01.2018

"Dünyanın ən lüks həbsxanası" yenidən otelə çevirilir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanın paytaxtı Riyaddakı lüks "Ritz-Carlton Riyad" oteli 11 şahzadənin saxlandığı yer olduğundan "dünyanın ən lüks həbsxanası" adlandırılmışdı. Artıq oteldə saxlanılan ölkənin ən varlı şahzadələrindən biri Əl Vəlid Bin Talal ondan tələb olunan pulu Səudiyyə hökumətinə ödəməkdən imtina etdiyi üçün həbsxanaya köçürülüb.
Qaynarinfo xəbər verir ki, lüks otellər şəbəkəsinin rəsmi saytından dünən yayımlanan açıqlamada oteldə saxlanılan şəxslərin məhkəmələrinin yaxın günlərdə başa çatacağı və "Ritz-Carlton Riyad"ın fevral ayının ikinci yarısından etibarən yenidən müştəri qəbuluna başlayacağı bildirilib. Oteldəki ən ucuz otağın qiyməti 650 dollardır. Təxminən 2 min kvadrat metr ərazidə inşa edilən oteldə 492 otaq var.
Noyabr ayında başlayan saxtakarlıq və korrupsiya istintaqı çərçivəsində aralarında şahzadələr, iş adamları və nazirlərin də olduğu 200 nəfərə yaxın yüksək rütbəli şəxs bu oteldə nəzarət altında saxlanılırdı. Səudiyyə Ərəbistanı rəhbərliyi saxlanılan şahzadələrin lüks oteldə saxlanılmasının səbəbini "ən etibarlı həll yolu" olaraq açıqlamışdı. 
Aydın