Xəbər lenti

Dünyanın ən məşhur brendi məhkəmə qarşısında
Dünya06:22 30.05.2013

Dünyanın ən məşhur brendi məhkəmə qarşısında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın Milan şəhər prokurorluğu vergidən yayınmaqda ittiham olunan məşhur modelyerlər Domenico Dolce və Stefano Gabbananın 2.5 il azadlıqdan məhrum edilməsini istəyib. 

Qaynar.info-nun məlumatına görə, məhkəmə zalında çıxış edən prokuror bildirib ki, Dolce və Gabbana maliyyə rəsmilərindən 1 milyard avroluq gəlirlərini gizlədiblər. Prokuror modelyerlərin vergidən yayınmaq üçün Lüksemburqda qeydiyyatda olan bir şirkətdən də istifadə etdiklərini bildirib. 

Hər iki şəxs onlara qarşı irəli sürülən ittihamları rədd ediblər. 

Məhkəmə bir neçə gün ərzində bununla bağlı qərarını açıqlayacaq.

Qaynar.info