Şotlandiyada dünyanın ən böyük dinozavr fosili tapılıb.
Qaynarinfo Telegraph-a istinadən xəbər verir ki, 170 milyon il yaşı olan fosil Skay adasının palçıqlı gölməçələrində aşkarlanıb. Uzunluğu 15 metr, çəkisi 10 tondur. Ərazidə tironazavrın qədim nümayəndəsinə aid ayaq izi də aşkarlanıb. Skay adasında 2015-ci ildə nisbətən gənc və kiçik dinozavr izləri tapılmışdı.
Geoloqlar bildirir ki, tapıntılar Orta Yura dövrünü öyrənmək üçün əhəmiyyətlidir. Edinburq Universitetindən professor Stiv Brusat qeyd edir ki, bu fosil çox əhəmiyyətlidir, çünki belə qədim növünə rastlamaq çox nadir hadisədir.
Böyük Britaniyada 200 milyon yaşı olan ən qədim dinozavr 2016-cı ildə Uels çimərliyində aşkarlanmışdı.
Gülşən