Xəbər lenti

Dünyanın ən nüfuzlu qadını seçildi
Dünya17:28 28.05.2014

Dünyanın ən nüfuzlu qadını seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Forbes” jurnalı Almaniyanın federal kansleri Anqela Merkeli dünyanın ən nüfuzlu qadını seçib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, Merkel doqquzuncu dəfədir ki, bu ada layiq görülüb.
 
İkinci yeri ABŞ Federal ehtiyat sisteminin (FES) rəhbəri Canet Yellen, uçüncü yeri isə Microsoft korporasiyasının təsisçisi Bill Qeytsin həyat yoldaşı Melinda tutub.
 
Dördüncü yerdə Braziliya prezidenti Dilma Russef qərarlaşıb. Ən nüfuzlu qadınların ilk beşliyini Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard tamamlayır.

Qaynar.info