Xəbər lenti

Dünyanın ən nüfuzlu qadınları açıqlandı
Dünya15:00 12.12.2019

Dünyanın ən nüfuzlu qadınları açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Forbes” jurnalı 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 100 qadının yer alıdığı siyahıya Almaniyanın kansleri Angela Merkel başçılıq edir.
Siyahıda ikinci və üçüncü yerləri BVF-nin keçmiş rəhbəri Kristin Laqard və ABŞ Konqresinin Nümayəndələr palatasının sədri Nensi Pelosi tutur. 
İlk "onluq"da həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, "General Motors" şirkətinin rəhbəri Meri Barra, sahibkar, Bill Geytsin həyat yoldaşı Melinda, "Fidelity Investment" şirkətinin prezidenti, milyarder Ebigeyl Conson, ispaniyalı bankir Patrisiya Ana Botin, IBM-in baş direktoru Cinni Rometti, və "Lockheed Martin" korporasiyasının rəhbəri Merilin Hyuson yer alıblar.
Jurnalın siyahısının son pilləsində İsveç ekoaktivisti, 16 yaşlı Qreta Tunberq qərarlaşıb.
Qeyd edək ki, Angela Merkel ardıcıl doqquzuncu ildir reytinqə başçılıq edir.