Dünyanın ən qapalı hesab edilən Şimali Koreya rəsmi olaraq ölkənin şimal-şərqində yerləşən Rason Xüsusi İqtisadi Zonasını xarici turistlərin üzünə açıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Çinin "Young Pioneer Tours” turoperatoru məlumat yayıb.
Bildirilir ki, azad iqtisadi zona rəsmi olaraq əcnəbilərin ziyarəti üçün açıqdır və ora tur sifariş etmək olar. Çinli turistlərin əraziyə ilk səfər edəcəyi gözlənilir.
Bu il dekabrın sonunda Şimali Koreya lideri Kim Çen In ölkədə turizmin inkişaf etdirilməsinin vacibliyini elan edərək, sənayeni iqtisadi inkişafın mühərriklərindən birinə çevirib. Bunu Kim Çen In KXDR-in şərq sahilində yerləşən Myeonqsasimni turizm şəhərinə səfəri zamanı deyib. O, turizm bazalarının inkişafından məmnunluğunu bildirib və qeyd edib ki, şəhər nəinki adi turistləri qəbul edə, həm də ölkə əhəmiyyətli siyasi və mədəni tədbirlərə ev sahibliyi edə biləcək.
Aydın
Şərhlər