
ABŞ-ın Quantanamo hərbi bazasında saxlanılan məhbusların vəkilləri 3 həftədir aclıq aksiyası keçirən müvəkillərinin vəziyyətinin getdikcə ağırlaşdığını bildiriblər.
Qaynar.info-nun məlumatına görə, vəkillər həbsxana rəisi admiral Con Smitə göndərdikləri məktubda bir neçə nəfərdən başqa bütün məhbusların kameralarında aparılan axtarışlar zamanı dini CD-lər, məktubların götürülməsindən və Qurani-Kərimin ərəb nəşrlərinin yığışdırılmasından sonra aclıq aksiyalarının başladıldığı bildirilib.
Məktubda qan qusmağa başlayan bəzi məhbusların artıq xəstəxanalara köçürülüdüyü qeyd olunub.
Həbsxana rəsmisi polkovnik Robert Durand isə vəkillərin məktubuna Ədliyyə Nazirliyi tərəfindən baxılacağını söyləyib.
Qaynar.info