Çinin cənub-qərbindəki Siçuan əyalətinə bağlı Zhaojue şəhərindəki yoxsul bir kəndin şagirdləri hər an həyati təhlükə ilə üz-üzədirlər.
"World Press Photo" mükafatının qalibi olan fotoqraf Chen Jie Atuler şagirlərin yaşadığı çətinlikləri lentə alıb. Fotoşəkil mayın 14-də çəkilib.
Fotonun müəllifi qeyd edib ki, şagirlər hər gün məktəbə gedib-gəlmək üçün uçurum üzərinə döşənilən 800 metrlik bambuk nərdivanı düşmək və və sıldırım qayanı dırmaşmaq məcburiyyətindədirilər. Şagirdlər, kürəklərində çantaları uçurumu dırmaşaraq evə qayıdırlar. Dağların arasında yerləşən kəndlərə çatmaq üçün hər gün 800 metr hündürlüyə doğru sərt qayalıqla dırmaşmalıdırlar.
Bura dünyanın ən təhlükəli və dik məktəb yolu hesab edilir. Qeyd edilir ki, bambuk nərdivanla dırmaşmağın qorxusunu yaşayan şagirdlərin yaşı 6-15 arasındadır.
Fotoqraf Chen Jie Atuler həyatında ilk dəfə qarşılaşdığı bu vəziyyəti qısaca belə şərh edib: "Heç şübhə yox ki, gördüyüm mənzərə qarşısında şok olmuşdum".
Kənd sakinləri ilə üç gün vaxt keçirmiş fotoqraf, sakinlərin yaşadığını "acı reallıq" kimi şərh edib. (xezerxeber.com)
Qaynarinfo.az






