
Korrupsiyayla mübarizə təşkilatı "Transparency International" tərəfindən həyata keçirilən sorğuya görə, son 12 ay ərzində dünyada hər dörd nəfərdən biri rüşvət verib.
ANN.Az-ın "Huffington Post"a istinadən verdiyi xəbərə görə, təşkilatın "2013 Qlobal Korrupsiya Barometr" ("2013 Global Corruption Baromater") adlanan sorğusunda dünyanın 107 ölkəsindən 114 min 270 adam iştirak edib.
Sorğu əsasında hazırlanan hesabata görə, rüşvətxorluq qlobal problem olmasına baxmayaraq, o bərabər şəkildə paylanmayıb. Dünyanın 16 ölkəsində respondentlərdin 5%-dən aşağısı son il ərzində rüşvət vermədiyini, digər bir 14 ölkədə isə əhalinin yarısından çoxunun rüşvət verdiyi məlum olub. Danimarka, Finlandiya, Yaponiya və Avstraliya kimi ölkələrdə isə əhalinin cəmi 1%-i son 12 ay ərzində kiməsə rüşvət verdiyini etiraf edib.
Dünyanın ən rüşvətxor ölkələri:
1. Sierra Leone
2. Liberiya
3. Yəmən
4. Kenya
5. Zimbabve
6. Liviya
7. Mozambik
8. Kamerun
9. Uqanda
10. Kambociya
11. Seneqal
Qaynar.info