
Amerikalı alimlər dünyanın ən soyuq nöqtəsini tapıblar.
Qaynar.info xəbər verir ki, Antarktidanın mərkəzində yerləşən həmin nöqtədə mənfi 93.2 dərəcə şaxta qeydə alınıb.
Alimlər peykdəki termal qəbuledicilər sayəsində əldə etdikləri nəticənin hələ başlanğıc olduğunu, bundan da 1-2 dərəcə soyuq nöqtəyə çatmağı gözləyirlər.
Dərəcəni qeydə alan ABŞ Milli Qar və Buz Məlumatı Mərkəzinin alimi Ted Skambos hələlik bu rəqəmin Ginnesin Rekordlar Kitabı tərəfindən qeydə alınmamasını istəyib. Onun sözlərinə görə, qarşıdakı illərdə daha böyük rəqəmlər qeydə alına bilər.
Bundan əvvəl ən soyuq nöqtə mənfi 89.2 dərəcə ilə 1983-cü ilin 21 iyulunda Antarktidadakı SSRİ-nin "Vostok" bazasında qeydə alınmışdı.
Qeyd edək ki, peyk vasitəsilə dünyanın ən isti nöqtəsi isə 2005-ci ildə 70.7 müsbət dərəcə ilə İranda qeydə alınıb.
Qaynar.info