Xəbər lenti

Dünyanın ən sürətli fotokamerası yaradılıb
Dünya15:50 12.08.2014

Dünyanın ən sürətli fotokamerası yaradılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiya və ABŞ alimləri dünyanın ən sürətli fotokamerasını yaradıblar. Müəlliflər öz tədqiqat nəticələrini “Nature Photonics” jurnalında dərc edib.
 
“ICTnews” elektron xəbər xidmətinin verdiyi məlumata görə, mütəxəssislər deyirlər ki, yeni kamera saniyədə 4,4 trilyonadək kadr çəkir ki, bu da mövcud analoqları ilə müqayisədə min dəfə çoxdur. Bu halda çəkilən şəkillərin təsvir ölçüsü 450x450 piksel təşkil edir.
 
Alimlər tərəfindən yaradılmış kameranın tutduğu ərazi bir neçə kvadrat metrə çatır.
 
Yeni kameranın tibb və avtomobil istehsalında tətbiq ediləcəyi gözlənilir.

Qaynar.info