
ABŞ-ın Cənubi Dakota ştatında yerləşən "Reptile Gardens"də çalışan bu şəxs, bəlkə də, dünyanın ən təhlükəli peşəsini seçib.
O, gündə iki dəfə ilanları yemləyir. Özü də ən zəhərli ilanlar arasında yer alan Asiya kobralarını.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kobraların saxlandığı otağa səhər və axşam saatlarında daxil olan bu şəxs gətirdiyi qutudan çıxardığı ağ siçanları kobralara verir.
Qəzəbli ilanlar isə saxlandıqları qutu açılan kimi adamın üstünə atılmağa, onu vurmağa çalışırlar.
Qaynar.info