Xəbər lenti

Dünyanın ən təhlükəli yolu - FOTOLAR
Dünya13:17 24.10.2017

Dünyanın ən təhlükəli yolu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə yerləşən Trabzon-Bayburt arasındakı Dərəbaşı döngələri dünyanın ən təhlükəli yolu hesab edilir.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 3500 metr hündürlükdə Soğanlı dağında yerləşən yolun uzunluğu 106 kilometrdir və 13 kəskin döngədən ibarətdir. Dərəbaşı yolu Boliviyada yerləşən və "Ölüm yolu" adını alan yollardan daha təhlükəli hesab edilir. 
Trabzonun Of bölgəsindən Bayburta doğru uzanan D915 yolunun tikintisi üçün 1914-cü ildə Rusiya işğalı zamanı yerli xalq ərazidə çalışdırılıb. Rütubətli və yağışlı hava səbəbilə bölgədə duman, uçqun hadisələri tez-tez yaşanır və qar səbəbilə yol 6 ay istifadəsiz qalır.
Gülşən
Qaynarinfo.Az